Azərbaycanla İsveçrə arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş təsdiq edilib
25 yanvar, 2017 21:04
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişi təsdiq edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sözügedən saziş 2016-cı il oktyabrın 10-da Bern şəhərində imzalanıb.
1news.az