Prezident insan orqan və toxumalarının transplantasiyası ilə bağlı sərəncam imzalayıb
25 yanvar, 2017 19:34
Prezident İlham Əliyev“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda dəyişikliyi təsdiqləyib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, qanunun 16-cı maddəsinin mətni aşağıdakı redaksiyada verilib:
“Transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər”.
1news.az