Azərbaycanda siqaret və qəlyanın reklamı qadağan olundu
25 yanvar, 2017 19:21
Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında” qanuna edilmiş dəyişikliklərin təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanuna edilmiş əlavə və dəyişikliklərə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının və alışqanlarının reklamı qadağandır.
Qanuna əlavə edilən 20.3-cü maddədə isə qeyd olunur ki, tütün və tütün məmulatının istehsalı və ya satışı ilə məşğul olan şəxslər ”Reklam haqqında” qanunun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.
1news.az