Sürücünün ağlamasını videoya çəkən polis işdən çıxarıldı
24 yanvar, 2017 23:57
Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan sosial şəbəkələrdə yayılıb.
1news.az