Xəbərlər

Deputat: Dövlət başçısının fərmanı məcburi köçkünlərə qayğının bariz nümunəsidir
24 yanvar, 2017 14:36

“Dövlət başçısının məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib:

 “Əlbəttə ki, məcburi köçkünlərin sosial rifahının müdafiəsinə yönəlmiş bu qayğı ardıcıl olacaq”.

Millət vəkili sözlərinə əlavə edib ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq:

“Azərbaycan Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var. Onlar da tezliklə yerinə yetəcək”.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.