Xəbərlər

“Huffington Post” Azərbaycanı 2017-ci ildə turistlər üçün ən cəlbedici məkanlardan biri kimi dəyərləndiriib
23 yanvar, 2017 12:14

Azərbaycan ABŞ-ın “Huffington Post” nəşrinin versiyasına görə, 2017-ci ildə turistlər üçün cəlbedici məkanların reytinqinə daxil olub.

1news.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, nəşr Xəzər dənizinin sahilində, İran və Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı “əl dəyilməyən yer” adlandırıb.

“Huffington Post” Azərbaycana səfərə paytaxt Bakıya, qədim memarlığın nadir nümunəsi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən İçərişəhərə getməklə başlamağı məsləhət görüb. Nəşr bu gün Bakının qədim memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində parlaqlıq yaradan XXI əsrin qalalarını özündə cəmləşdirdiyini qeyd edib.

Nəşrdə Hökumət evinin Azərbaycan paytaxtında çoxsaylı əhəmiyyətli tarixi abidələrdən biri olduğu vurğulanıb. “Bakıda, həmçinin xeyli sayda muzey, teatr, kitabxana, opera var”.

“Huffington Post” məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək riskli səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan olacağını bildirib.

Nəşrin məlumatına görə, 2017-ci ildə turistlər üçün digər maraqlı məkanlar Koreya Respublikası, Mavritaniya, Qazaxıstan, Kipr, Latviya, Ekvador və başqa ölkələrdir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.