Xəbərlər

İspaniyada keçirilən sərgidə Ermənistanın ölkəmizə qarşı növbəti təxribatına layiqli cavab verilib
23 yanvar, 2017 11:41

Məlum olduğu kimi 2017-ci ilin 18-22 yanvar tarixində İspaniyanın Madrid şəhərində FİTUR beynəlxalq turizm sərgisi keçirildi.

1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadla verdiyi xəbərə görə, sərgi çərçivəsində Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyini və bu təcavüzün hələ də davam etdiyini sübut edərək yenidən təxribata əl atmışdır. Belə ki, Ermənistana aid olan təqdimat stendində Qarabağa aid olan şəkillər və materiallar yerləşdirilib.

Bununla bağlı həmin günlərdə  BMT-nin Ümumdünya Turizm Təşkilatının və İspaniya hökumətinin təşkilatçılığı ilə keçirilən BMT-nin “İnkişaf üçün Davalı Turizm Beynəlxalq ili”nin açılış mərasimində iştirak etmək üçün Madrid şəhərində səfərdə olan Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti və həmçinin AR-nın İspaniyadakı səfirliyi tərəfindən bir sıra vacib addımlar atılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm FİTUR rəhbərliyinə, həm də Ümumdünya Turizm Təşkilatına hadisə baş verən gün müvafiq etiraz məktubları göndərilmiş və həmin məktublarda həm BMT tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənədlərə, eləcə də 2015-ci ildə BMÜTT İcraiyyə Şurasının 100-cü iclasında “Münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinə dair” qərarına bir daha istinad edilmişdir.

Nazir Əbülfəs Qarayev məsələ ilə bağlı BMTT-ün baş katibi Taleb Rifai ilə müzakirə aparmış və Ermənistan tərəfinin bu beynəlxalq hüquqa zidd hərəkətlərinin həm təşkilatın fəaliyyətinə və həm də qəbul etdiyi qərarlarına hörmətsizliyini diqqətə çatdırmışdır. Baş katib Taleb Rifai Azərbaycan tərəfinin narahatlığını böyük həssaslıqla qəbul etdiyini və məsələ ilə bağlı aiddiyyəti tərəflərlə danışıqlar aparacağını bildirmişdir. Daha sonra BMÜTT tərəfindən nazirliyə məlumat verilmişdir ki məsələ ilə bağlı müvafiq səviyyələrdə müzakirə aparılmış və lazımi ölçülər götürüləcəkdir.

Bununla bağlı Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Xarici İşlər Nazirliyi və FİTUR rəhbərliyi ilə görüşlər keçirərək ölkəmizin mövqeyini qarşı tərəfə çatdıraraq Ermənistanın belə təxribatların qarşısının alınmasının zəruri olduğunu diqqətə çatdırmışdır. İspaniya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin bir sıra hallarda özəl sahədə baş verənlərə dövlətin müdaxilə edə bilmədiyini qeyd etmiş,  buna baxmayaraq sərgi təşkilatçılarını məsələnin həssaslığı barədə xəbərdarlıq edəcəklərini bildirmişlər. Daha sonra sərgidə Ermənistan stendi qarşısında İspaniyada yaşayan həmvətənlərimizin etiraz aksiyası təşkil edilmiş və işğalçı Ermənistanın təcavüzkar fəaliyyətlərinə dair lövhə və bannerlər nümayiş etdirilmiş, “Qarabağ Azərbaycanındır”, “işğala son”, “Ermənistan işğalçıdır” şüarları səsləndirilmiş, sərgi iştırakçılarına Azərbaycan həqiqətləri və erməni təcavüzü barədə məlumat verilmişdir.

Mədəniyyət və Turizm Nazirliyi mətbuat nümayəndələrinə məsələ ilə bağlı nümayiş etdirdikləri həssaslığa və düşmənə qarşı ideoloji-informasiya mübarizəsindəki həmrəyliyə görə bir daha təşəkkür edir və hamını əmin etmək istəyir ki, Ermənistan tərəfinin belə beynəlxalq tədbirlərdə həyata keçirdikləri təxribatlar nəinki onların xeyrinə nəticələnir, əksinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əldə edilmiş beynəlxalq nüfuz sayəsində belə təxribatların qarşısı layiqli şəkildə alınır və  bu təxribatların təşkil olunduğu məkanlar düşmənin təcavüzkar siyasətini və işğalçı fəaliyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından bizim üçün əlavə beynəlxalq platformaya çevrilir. Ümid edirik ki, Ermənistan tərəfi 3-cü bir ölkənin ərazisinin, eləcə də beynəlxalq qurumların nüfuzunun öz işğalçı təxribatlarına cəlb etmək niyyətinin nə dərəcədə absurd və qeyri-konstruktiv olduğunu Azərbaycan tərəfinin cavab addımları fonunda başa düşmüşdür.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan erməni separatçıların Madriddəki sərgidə iştirakına etirazını bildirib

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.