Xəbərlər

“Emosional və ünsiyyət pozuntuları” mövzusunda treninq keçirilib
23 yanvar, 2017 09:50

Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda yuvenal ədliyyə islahatı  məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi” layihəsi çərçivəsində AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 16-20 yanvar  2017-ci il tarixlərdə beşgünlük treninq həyata keçirilib.

“Emosional və ünsiyyət pozuntuları” mövzusunda keçirilmiş treninqin məqsədi layihə çərçivəsində yaradılmış “Ailə Yardım Mərkəzi”nin komandasına spesifik biliklərin təqdim edilməsidir. Treninq xarici mütəxəssislər - “Psixiatriyada Qlobal Təşəbbüs” - Tbilisi təşkilatının əməkdaşları Nino Maxaşvili və Cana Cavaxişvili tərəfindən təqdim edilib.

Treninq  nəticəsində əldə edilmiş bilik və vərdişlər ehtiyacı olan ailələrə zəruri xidmətlərin göstərilməsinə yönəlib. Bu, xüsusilə autizm spektrli xəstəliklərdən əziyyət çəkən uşaq və onların valideynlərinə yönəlib və təhlükəli davranış problemlərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İnkişaf NaminəTəşəbbüs İctimai Birliyi tərəfindən icra olunur. Layihənin xarici partnyoru isə dünyada geniş tanınmış “Psixiatriyada Qlobal Təşəbbüs” İctimai Birliyinin Gürcüstan nümayəndəliyidir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.