Musiqi məktəbinin direktoru töhmət aldı, müavini işdən çıxarıldı
23 yanvar, 2017 09:11
Musiqi məktəbinin direktoru töhmət aldı, müavini işdən azad edildi.
1news.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan verilən xəbərə görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbin direktoru Budaqov Fikrət Vəli oğluna aparılan yoxlamalar əsasında töhmət verilib və Baş İdarənin əmrinə əsasən məktəbin tədris işləri üzrə direktor müavini Baxşıyev Ayat Müslüm oğlu fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilməsi nəticəsində, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad olunub.
1news.az