Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam rayonunda apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ağdam rayonunun Kiçikli kəndində su arxında 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi OF-462) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 500 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 - 23 yanvar 2017-ci il tarixlərində Ağdam, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1 237 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 13 010 kv.m ərazi yoxlanılıb.
1news.az