Gəncədə hamilə qadın ölüb
21 yanvar, 2017 20:01
Goranboy rayon sakini Gəncədə xəstəxanada ölüb.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında qeydə alınıb.
Məlumata görə, Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı “sol partlamış boru hamiləliyi” diaqnozu ilə ağır vəziyyətdə xəstəxananın ginekologiya şöbəsinə çatdırılıb. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1news.az