Xəbərlər

Yol polisi “Beşmərtəbə” ərazisindəki tıcax problemini həll edir
19 yanvar, 2017 10:49

Yasamal rayonunda “Beşmərtəbə” adlanan dairədən Azərbaycan prospekti ilə avtomobillərin hərəkəti üçün yeni yaradılmış zolaq bir neçə gün keçirilən xronometraj nəticəsində daimi istifadəyə verilib.

Bu barədə 1news.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, “Beşmərtəbə” dairəsinə Azərbaycan prospekti ilə yaxınlaşarkən sonuncu edilən dəyişiklik qüvvəsində qalıb:

“Həmin ərazidə təhlükəsizliyin təmin edilməsi, eyni zamanda keçmə növbəliyini təmin etmək, həmçinin yol qəzalarının qarşısını almaq və süni sıxlığın aradan qaldırılması üçün "Qoşa Qala" qapısından, Sabir adına bağdan, Daxili İşlər Nazirliyinin inzibati binası yanından və Mərkəzi Univermaq tərəfdən Azərbaycan prospekti ilə yaxınlaşan avtomobil sürücüləri üçün kütləvi hərəkətə yaxınlaşarkən 5 zolaq ayrıldı”.

V.Əsədov vurğulayıb ki, əvvəl "Beşmərtəbə" dairəsində nişan qoyulmuşdu, 3 hərəkət zolağı olduğu üçün sıxlıq yaşanırdı:

“İndi nişanlar götürüldü, avtomobil dairəvi hərəkətə daxil olarkən mütləq dairəvi hərəkətdə olan nəqliyyat vasitələrini buraxmalıdır. Burada əsasən günün pik saatlarında süni sıxlıq yaşanırdı. Yəni səhərlər Azərbaycan prospektindən "Beşmərtəbə" dairəsi kimi tanınan əraziyə, günün qaranlıq vaxtlarında isə Nizami metrostansiyası tərəfdən Cəfər Cabbarlı küçəsi ilə gələn avtomobillərin hərəkətində problem yaşanırdı.

"Beşmərtəbə" dairəsi kimi tanınan ərazidəki təhlükəsizlik zolağından iki hərəkət zolağı Azərbaycan prospekti ilə hərəkət edən sürücülər üçün ayrıldı və bu ayrılmış zolaq üzrə dairəvi şəkildə istifadə edənlər sərbəst və fasiləsiz hərəkət edə biləcəklər”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.