Xəbərlər

5 yaşlı uşağı bağçada döyüblər? - VİDEO
17 yanvar, 2017 23:22

Paytaxt sakini Vüqar Qocayev 5 yaşlı oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edib.

1news.az xezerxeber-ə istinadən xəbər verir ki, Qocayevin sözlərinə görə, dünən övladını bağçaya yola salanda sifətində heç bir iz olmayıb.

Amma axşam övladının arxasınca gedəndə aşkar edib ki, uşağın dodağında zərbənin təsirindən yaranan yara var. Uşaq deyib ki, onu müəlliməsi vurub.

Qarşı tərəf isə iddiaları inkar edir.

Hadisənin Binəqədi rayonu 193 saylı körpələr evində baş verdiyi bildirilir.

Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər.

Məsələ ilə bağlı sözügedən bağçaya getdik. Bağça rəhbərliyinin məzuniyyətdə olduğu deyildi. Qısa da olsa, 5 yaşlı Umudu döydüyü iddia edilən Qala adlı müəllimə ilə də söhbətləşə bildik. Umud kameramız önündə bir daha müəlliməsi tərəfindən vurulduğunu desə də, qadın bütün deyilənlərin yalan olduğunu bildirdi.

Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.