Bu gün Bakının bir hissəsində və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
1news.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriblər.
Məlumata görə, aparılan abadlıq işləri ilə bağlı, qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcədə qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, yanvarın 18-də saat 09:20-dən işlər başa çatanadək Bakının Binəqədi rayonunun Çiçək yaşayış massivinin, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri və Baş Güzdək, Aşağı Güzdək, Qobu, Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.
Bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1news.az