Xəbərlər

Özəlləşdirmə portalının istifadəçilərinin sayı artıb
18 yanvar, 2017 22:36

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçən ilin avqustunda istifadəyə verilən özəlləşdirmə portalından (privatization.az) istifadə edənlərin sayı artıq 390 mini ötüb.

Komitədən 1news.az-ın məlumatına görə, son 1 ay ərzində isə bu rəqəm 70 minə yaxın olub ki, bu da digər aylarla müqayisədə yüksək göstərici olaraq qeydə alınıb. Statistikaya əsasən məlum olur ki, istifadəçilər tərəfindən ən çox oxunan və ziyarətçi sayı yüksək olan bölmə məhz hərraclar bölməsidir. Azərbaycan istifadəçiləri ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Fransadan da portalı izləyənlərin sayı kifayət qədərdir. Bu da onu göstərir ki, özəlləşdirmə prosesi xarici investorlar üçün də maraqlıdır.

Açıq hərraclar vasitəsilə özəlləşdirməyə çıxarılan hər bir səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi və nəqliyyat vasitəsi barədə məlumatlar, eləcə də hərrac elanları məhz bu portalda əks olunur.

Portal ziyarətçilərin istifadəsi baxımından çox rahat dizayna malikdir. Ziyarətçilər portaldan istifadə edərkən Azərbaycan, ölkədə biznes mühiti, özəlləşdirmənin qanunvericilik bazası, özəlləşdirməyə açıq elan edilmiş müəssisələr barədə çevik məlumat ala bilir.

İnvestorlar üçün faydalı informasiyalar, statistik göstəricilər, özəlləşdirmə sahəsində baş verən son xəbərlər və bu prosesə dair rəylər ayrı-ayrılıqda mövcud olan linklər vasitəsi ilə çatdırılır.

Özəlləşdirmə portalı (privatization.az) sayəsində hərraclarda iştirak maksimum rahat və operativdir. Belə ki, istənilən fiziki və hüquqi şəxs vaxt itkisi olmadan, portal üzərindən əmlak haqqında məlumatları oxuyub, fotolara baxdıqdan sonra sifariş verməklə hərraclara qatıla bilər.

Hərraca çıxarılan əmlaklar haqqında məlumat “Hərraclar” bölməsində yerləşdirilir. Hərraclar keçirildikdən sonra isə hərracın nəticələri “Nəticələr” bölməsinə əlavə edilir. Hərraca çıxarılan əmlaklar, hərracın nəticələri, keçiriləcək hərraclar haqqında ən son məlumatlar, xəbərlər isə portalın “Son xəbərlər” bölməsində ziyarətçilərin istifadəsinə verilir. Hərracların video yazıları portalın “şəkillər və video çarxlar” bölməsində əks olunur. Keçirilmiş hərracların görüntülərinə həmin bölmədən baxmaq olar.

Portalda həmçinin özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, hərraca çıxarılan əmlaklar, hərracların nəticələri və.s barədə suallar cavablandırılır. İstifadəçilər həftə içi 5 gün saat 9:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır. 

Xatırladaq ki, hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.