Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
1news.az xəbər verir ki, siyahıda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BCOOC) adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, AİSGOC-un 22 mln. 676 min 116,1 manat, BCOOC-un isə 845 manat məbləğində borcu silinib.
Qeyd edək ki, BCOOC ötən ilin sentyabr ayının 1-14 tarixlərində Baklıda keçirilən Ümumdünya Şahmat Olimpiadası, AİSGOC isə cari ilin may ayının 12-22 tarixlərində Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılıb.
1news.az