Qaçqın düşərgəsi bombardman edildi: azı 100 ölü
17 yanvar, 2017 21:46
Nigeriya Hərbi-Hava Qüvvələrinin səhvən qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 100 nəfər ölüb.
1news.az APA-ya istinadən xəbər verir ki, hökumət, “Boko Haram” terror qruplaşmasının mövqelərinə endirilməsi planlaşdırılan aviazərbənin səhvən qaçqın düşərgəsinə endirildiyini etiraf edib.
Ölənlər arasında “Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.
1news.az