İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
17 yanvar, 2017 20:30
Prezident İlham Əliyevin Davosda ikitərəfli görüşləri davam edir.
1news.az Azərtac-a istinadən xəbər verir ki,
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlandı. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edildi, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olundu. Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
1news.az