Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lənkəran rayonunda apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Lənkəran rayonunun Ürgə kəndində yol kənarında 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-462) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 1500 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 - 17 yanvar 2017-ci il tarixlərində Füzuli, Şamaxı VƏ Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1 203 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 6 550 kv.m ərazi yoxlanılıb.
1news.az