“Tufan” gəmisi döyüş fəaliyyətinə başladı
16 yanvar, 2017 12:58
Dövlət Sərhəd Xidmətinin yeni gəmisi istifadəyə verildi.
1news.az Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan S 203 №-li "Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti - döyüş fəaliyyətinə başlaması ilə əlaqədar yanvarın 14-də Xəzər dənizinə endirilib.
Xatırladaq ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gəmiyə baxış keçirmişdi.
1news.az