Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam rayonunda apardığı əməliyyatla bağlı yeni məlumat yayıb.
1news.az xəbər verir ki, məlumata görə, Şamaxı rayonunda Sağıyan kəndindəki torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) aşkar edilərək daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib. Nəticə etibarilə 2000 kv.m. ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 - 16 yanvar 2017-ci il tarixlərində Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib.
Keçirilmiş baxış zamanı 1 196 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 950 kv.m ərazi yoxlanılıb.
1news.az