Qırğız Respublikasının prezidenti Almazbek Atambayev yanvarın 17-ni “Boeing 747-400F” yük təyyarənin qəzaya düşməsi nəticəsində həlak olanlarla bağlı matəm elan edib.
Bu haaqda Qırğızıstan prezidentinin rəsmi saytında qeyd edilib:
“Yanvarın 16-da Honq-Konq – Bişkek – İstanbul reysi ilə hərəkətdə olan “Boeing 747-400F” yük təyyarəsi Bişkekdə yaşayış evlərinin üstünə düşüb. Hadisə nəticəsində çoxsaylı insan itkisi baş verib. Qırğızıstan dövlət orqanları hadisə nəticəsində həlak olan və zərərçəkənlərin ailələrinə dəstək tədbirləri görür”.
Fərmana əsasən, matəm günü Qırğızıstanda, eləcə də ölkənin xaricdəki səfirlik və konsulluqlarında bayraqlar aşağı endidiləcək. Həmçinin ölkədəki bütün mədəniyyət müəssisələri və telekanallarda matəmlə bağlı əyləncəli verilişlər təxirə salınır. Qırğızıstan hökuməti ölkənin digər dövlət qurumları ilə birlikdə həlak olan və zərərçəkənlərin ailələrinə lazımi köməklik etməsinə göstəriş verib.
10.21
Honq-Konq – Bişkek – İstanbul reysi ilə hərəkətdə olan “Boeing 747-400F” tipli yüklü təyyarəsi Bişkekdə yaşayış evlərinin üstünə düşüb.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə təyyarə Bakı vaxtı ilə 05:45 radələrində Manas hava limanına eniş etməyə hazırlaşan zaman baş verib.
Qəza nəticəsində yerli sakinlərdən 6-sı uşaq olmaqla 28 nəfər, təyyarədə isə 4 ekipaj üzvü ölüb. 43 binaya isə zərər dəyib.
Qırğız rəsmiləri “Royters”ə bildiriblər ki, hadisə zamanı ərazidə qatı duman olub.
Qeyd edək ki, düşən təyyarə 2003-cü ildə istehsal edilib.
Fərid Ədalət