Xəbərlər

Borcu ödəmək üçün 726 kq qəpik topladı - VİDEO
16 yanvar, 2017 09:51

Amerikanın Lebanon şəhər sakini Nik Stafford vergi borcunu yerli departamentə əl arabasında doldurduğu çoxlu sayda qəpiklərlə ödəyib.

1news.az aznews.az-a istinadən xəbər verir ki, Stafford bununla yerli məmurlara dərs vermək istəyib.

Amerikalı uzun müddət ailəsi üçün aldığı 2 avtomobilin vergisini necə ödəyəcəyini öyrənməyə çalışıb. Lakin vergi məmurları onu düzgün məlumatlandırmayıblar. Ona lazımi mütəxəssislərin telefon nömrələrini bildirməyiblər. Məmurlarla bir neçə aylıq mübahisədən sonra, o, məhkəməyə müraciət edib.

Məhkəmə prosesinin gedişatında Virciniya ştatının baş prokurorunun köməkçisi tələb edilən nömrələri şikayətçiyə təqdim edib, bundan sonra məhkəmə prosesi dayandırılıb.

Amma Stafford bununla dayanmayıb. O, öyrənib ki, yeni alınmış avtomobillərə 3 min dollar vergi nəzərdə tutulub. Amerikalı bankda bu pulu xırda qəpiklərə çevirərək, əl arabasına dolduraraq departamentin ofisinə gətirib.

Qəpiklərin çəkisi 726 kq olub. Əməkdaşlar bu qədər qəpiyi saymaq üçün 7 saat vaxt sərf ediblər.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.