“Saxta diplomlarla bağlı məsələ aktualdır. Lakin bu məsələ ilə bağlı şikayətlərin tendensiyası azalmaq üzrədir”.
1news.az-ın verdiyi xəbərə görə, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev 2016-cı ilin yekunlarına həsr olunan mətbuat konfrası zamanı deyib.
K. Əliyevin sözlərinə görə, saxta diplomlar şərti olaraq 2 qrupa bölünür:
“Birinci qrup diplomların açıq-aydın saxta olması gözlə görünür. İkinci qrup diplomlara isə baxmaqla onların saxta olmasını müəyyən etmək olmur. Vətəndaş işə düzələrkən diplomunu təqdim edir, nəticədə məlum olur ki, diplom saxtadır. Elə diplomlar var ki, 30 il bundan qabaq alınıb, onların saxta olmasını müəyyən etmək çox çətindir. Qeyd edim ki, saxta diplomlarla bağlı Təhsil Nazirliyinin bizə müraciəti əsasında iş aparılır”.
1news.az