Fransa xarici işlər naziri Trampın arzusunu təxribat adlandırıb
15 yanvar, 2017 17:57
Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətini təxribat adlandırıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Fransa xarici işlər naziri hadisələrin bu cür inkişafının ən ağır nəticələrə gətirib çıxaracağını vurğulayıb.
Jan-Mark Eyro deyib ki, ABŞ-da bu məsələ ilk dəfə gündəmdə deyil:
“Ancaq hələ heç bir ABŞ prezidenti bu və ya digər məqamda belə bəyanatlar vermələrinə baxmayaraq, bu barədə qərar qəbul etmək mərhələsinə getməyiblər”.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı