Astarada qayda pozuntularını aşkarlamaq məqsədi ilə reyd keçirilib. Reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-si barədə inzibati protokol tərtib edilib.
1news.az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı polisin “saxla” əmrinə məhəl qoymayaraq aradan çıxan və sükan arxasında sərxoş tutulan sürücülərə də rast gəlinib.
Polisin "Nə üçün spirtli içki içib maşın sürürsən" sualına sürücü: "Rəis, pivə içmişəm də", - cavabını verib.
Reyd zamanı protokollar əsasən spirtli içki içərək nəqliyyat vasitəsini idarə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək, sürücülük vəsiqəsinin olmaması və texniki baxışdan keçməyən avtomobillərlə bağlı yazılıb.
Qeyd edək ki, müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Astara rayonunda belə reydlər davam etdiriləcək.
1news.az