Xəbərlər

Mingəçevir sakini yeni musiqi aləti hazırlayıb
15 yanvar, 2017 14:00

Azərbaycanda yeni musiqi aləti hazırlanıb. Mingəçevirli musiqiçi Qurban Məmmədovun bu ixtirası görənləri heyran edir.

1news.az Azərtac-a istinadən xəbər verir ki, 40 ildən çoxdur qarmon müəllimi işləyən Qurban Məmmədov maraqlı yeniliyə imza atıb.

Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzinin müəllimi olan Qurban Məmmədov uşaqlara rəqs dərsləri də keçir. Deyir ki, əvvəllər yaxşı səsi olub, sonradan meylini qarmona salıb.

Qurban müəllimin sözlərinə görə, yeni musiqi aləti yaratmaq barədə iki il düşünüb və onu üç aya yığıb. Adi qarmonlarda səslərin sayı məhduddur. Yeni qarmonun qeyri-adi özəlliyi və üstünlüyü ondadır ki, müxtəlif alətlərə məxsus 500-dən çox orijinal səsi var. O, toy mərasimində istifadə edilən bütün musiqi alətlərini özündə birləşdirir:

“Bu qarmonla nişan mərasimində, ad günündə, digər yığcam şənliklərdə musiqi havaları ifa etmək mümkündür. Çoxları onu necə yığdığımı öyrənmək istəyir. Amma buna hər kəsin səbri çatmaz. Hazırladığım alətin üzərində hər gün azı 5-6 saat işləmişəm. Bu, çox mürəkkəb işdir, elə bir sirri var ki, inanmıram, ikincisini kimsə düzəldə bilsin”, - deyə Qurban Məmmədov bildirib.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.