Şimal dənizində yük gəmisi batıb
14 yanvar, 2017 20:54
Barbados bayrağı altında üzən yük gəmisi şənbə günü axşam Şimal dənizində, Fransanın Dünkerk limanından 70 km. aralıda batıb.
1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın La-Manş və Şimal dənizi zonası perfekturasının məlumatında bildirilir.
Məlumata görə, gəminin 7 nəfərdən ibarət heyət üzvləri yük maşınını uğurla tərk ediblər.
Gəminin anbarında 3 min 800 ton xırdalanmış maqnezium oksid olub.
1news.az