Təhsil TV Fransa XİN-in dövlət katibi ilə eksklüziv müsahibə aparıb
12 yanvar, 2017 18:40
“Təhsil” TV və 1news.az İnformasiya Agentliyinin birgə layihəsi olan “Təməl” verilişinin növbəti buraxılışı efir üzü görüb.
1news.az-ın verdiyi xəbərə görə, verilişin budəfəki qonağı Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Lö Quenlə olub.
Fransalı qonaqla maraqlı söhbət aparılaraq, eksklüziv müsahibə alınıb:
“Biz təkcə neft və qaz sahələrinə aid mütəxəssislər yetişdirməyəcəyik, həmçinin Fransa-Azərbaycan cəmiyyətinin, gənclərinin və universitetlərinin də bir-birilə sıx təmasda olmasına yardımçı olacağıq”.
Qonağın müsahibəsi ilə daha ətraflı “Təməl” verilişində tanış ola bilərsiniz.
1news.az