Parlamentin nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasimində iştirak edib
11 yanvar, 2017 10:32
Milli Məclisin nümayəndə heyəti İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak ediblər.
1news.az-a Milli Məclisin mətbuat xidmətindən verilən xəbərə görə, nümayəndə heyətinə Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə daxildir.
Səfər yanvarın 12-də başa çatacaq.
1news.az