Xəbərlər

Lənkəranda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni evlər verilib
11 yanvar, 2017 22:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, nazirlik tərəfindən Lənkəran rayonunda inşa olunmuş 9 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların  sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin edildiklərinə  görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Lənkəran rayon İcra Hakimiyyətinin, əlil təşkilatlarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində 2016-cı ildə də məqsədyönlü işlər görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il respublikamızın rayon və şəhərlərində yeni fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu təbəqələrdən olan insanlar üçün hazırda respublikamızın bölgələrində yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminat növləri – pensiya və ya sosial müavinətlərlə, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edildikləri, eləcə də onların uşaqlarına, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənildiyi, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub. Həmin insanlar üçün qanunvericiliklə nəzərdə tutulan imtiyaz və güzəştlərdən, müharibə əlillərinin tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərdən də bəhs olunub.

Rayon sakinləri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların, həmçinin bu döyüşlərdə şəhid olmuş insanların ailələrinin yeni mənzillərlə təmin olunmasının, ümumən onlara dövlət qayğısının daim artırılmasının əhali tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər.

Sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.  Evlərdən 3 ədədi Qarabağ müharibəsi əlillərinin, 6 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.