Xəbərlər

Həkim müayinəsindən keçmək istəməyən sərxoş sürücü: Balam ölsün ki...
11 yanvar, 2017 16:21

Sosial şəbəkələrdə Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının keçirdikləri reydlərdən birinin videosu yerləşdirilib.

1news.az-ın məlumatına görə, reyd zamanı içkili vəziyyətdə sükan arxasına əyləşən sürücülərdən biri əməlli başlı qalmaqal yaradıb.

Belə ki, içdiyi alkoqolun miqdarının təyin edilməsi üçün polis əməkdaşlarının təqdim etdiyi xüsusi aparatdan istifadə etməkdən imtina edən həmin şəxs həkimin çağırılmasını tələb edib. Həkim gələndə isə ondan vəsiqəsini göstərməsini istəyərək “balam ölsün ki, bu həkim deyil, ağ xalat geyinmiş mülki şəxsdir” deyə etiraz edib.

Özünü hüquqşünas kimi təqdim edən və içkili olmadığını deyən həmin şəxs hətta “mən naxçıvanlıyam, sabah başınız ağrıya bilər” deyə polis əməkdaşlarını təhdid etməkdən belə çəkinməyib.

Məsələyə münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov qeyd edib ki, sərxoş bir şəxsin qeyri-adi davranışı və dedikləri normal qəbul edilməlidir:

“Nəzərə almaq lazımdır ki, içkili şəxs özünü idarə edə bilmir və nə danışdığını bilmir. Bunu normal qəbul eləmək lazımdır”.

V.Əsədov sürücünün tibbi müayinədən imtina etməsi və həkimdən sənəd tələb etməsinə də münasibət bildirib:

“Sürücü öz istəyi ilə tibbi müayinədən imtina edə bilər və buna görə ayrıca məsuliyyət daşımaqla müvafiq qaydada cərimə edilir.

Sürücünün həkimdən sənəd tələb etməsinin isə hüquqi cəhətdən heç bir əsası yoxdur. Həkim ancaq şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilər. Sürücü müayinədən keçməsə belə, həkim onun hərəkətindən, danışığından, gözlərinin qızartısından içkili olub olmadığını müəyyənləşdirə bilər”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.