Ötən il qida zəhərlənmələrindən 924 nəfər zərər çəkib
11 yanvar, 2017 14:35
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 2016-cı ildə Azərbaycanda baş verən qida zəhərlənmələrinin sayını açıqlayıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən il qeydə alınan 625 qida zəhərlənməsi nəticəsində 924 nəfər zərər çəkib.
Bundan başqa, il ərzində qeydə alınan 36 botulizm hadisəsi nəticəsində 55 nəfər zərər çəkib, 2 nəfər isə həyatını itirib.
1news.az