Xəzərdə zəlzələ olub
10 yanvar, 2017 15:44
Yanvarın 10-da Xəzər dənizində 3,4 bal gücündə zəlzələ baş verib.
1news.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:31-də 60 kilometr dərinlikdə qeydə alınıb.
1news.az