Bakıda 23 yaşlı oğlanla xalası dəm qazından boğulub
09 yanvar, 2017 11:47
Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonunun Bəhruz Nuriyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb.
Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
1news.az