İlham Əliyev Finlandiya, Estoniya və Peru səfirlərinin etimadnamələrini qəbul edib
09 yanvar, 2017 11:22
Prezident İlham Əliyev yanvarın 9-da Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısı Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marin Mittusun və Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnamələrini də qəbul edib.
1news.az