The Sunday Times portalının 2017-ci ildə turistlər üçün təklif etdiyi ölkələr sırasında Azərbaycan və Bakı haqqında ətraflı məlumat yerləşdirilib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, xəbərdə Asiya və Avropa qovşağında yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərini yaşadan bir ölkə olduğu qeyd edilib.
Məlumatda ölkənin dekabr ayında Asiya üzrə ən çox ziyarət edilən istiqamətlər sırasında olduğu vurğulanıb:
“Azərbaycanın populyarlığının artması turistlərin buradakı otellər, restoranlar və görməli yerlər haqqında müsbət rəyləri ilə müəyyən olunur. Turistlər arasında getdikcə bu ölkəyə maraq artır”, - deyə məqalədə bildirilir.
Yazıda həmçinin İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Azərbaycan mətbəxi haqqında məlumat verilir. Eyni zamanda Bakıının müasir memarlıq nümunələri ilə də zəngin olduğu vurğulanır, Heydər Əliyev Mərkəzi və Flame Towers barədə ətraflı bəhs edilir, Naftalan neftinin müalicəvi əhəmiyyətindən danışılır.
Siyahıya həmçinin Kanada, bəzi Afrika ölkələri, Portuqaliya, Peru, Braziliya, Ekvador, Hindistan, İrlandiya daxil edilib.
1news.az