Azərbaycanlı sənətkara “Şeyx” adı verildi - FOTO
08 yanvar, 2017 15:58
Qəbələnin Laza kəndində yaşayan xalçaçı Dağlar Səfərova "Şeyx" adı verilib.
1news.az lent.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı Nazim Bəydəmirli sosial şəbəkədə xəbər paylaşıb.
D.Səfərovun Oman Sultanının portreti olan xalçanı bu ölkəyə göndərməsi ilə bağlı qarşı tərəf məktub göndərib.
Məktubu Omanın Divan Nazirliyinin ofis rəisi imzalayıb və dəyərli hədiyyəyə görə D.Səfərova "Şeyx" adı verildiyi və onun bundan sonra Şeyx Dağlar kimi çağırılacağını qeyd edib.
1news.az