Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) Bakıda bir sıra KİV-də Məhəmməd Əhməd - “Suriyadan olan terrorçunun” axtarışı və onun şəhərin ictimai yerlərində yapışdırılmış fotoları ilə bağlı yayılmış xəbərə aydınlıq gətirib.
1news.az-a DİN-in mətbuat xidmətinin rəhbəri, polkovnik Sadıq Gözəlovun verdiyi məlumata görə, yayılmış xəbərlər yalandır və heç bir əsası yoxdur:
“Sosial şəbəkə və KİV-də yayılmış fotodakı gənc 2016-cı ilin sentyabrında itkin düşmüş, 24 yaşlı Özbəkistan vətəndaşı Məhəmmədcan Akmalan oğlu Əhmədcanovdur.
Ehtimal var ki, həmin şəxs respublikamızın ərazisindədir, Özbəkistan da öz vətəndaşının tapılması üçün Azərbaycandan kömək istəyib”.
Həmçinin o qeyd edib ki, jurnalistlər DİN-də dəqiqləşdirilməmiş məlumatları senasasiyalı bağlıqlarla yaymamalıdır.
1news.az