Bu haqda Facebook sosial şəbəkəsində jurnalist Kənan Quluzadə yazıb:
“Dostlar, ağır itki üz verib... Namiq İbrahimov vəfat edib”.
Qeyd edək ki, N.İbrahimov 10 mart 1970-ci ildə Bakıda doğulub. O, “Zerkalo”, “New Baku Post”, Baku Post qəzetlərində, eləcə də bir sıra xəbər portallarında siyasi şərhçi kimi fəaliyyət göstərib.
“Azərbaycan jurnalistikası ən parlaq, istedadlı nümayəndəsini itirdi. N.İbrahimov peşəkar işçi idi. Onun mövzuya, janra həssas yanaşım qabiliyyəti vardı”, - deyə 1news.az-a politoloq, Baku Post qəzetində N.İbrahimovla birgə işləmiş politoloq Tofiq Abbasov bildirib.
Politoloqun sözlərinə görə, gənc jurnalistlər ondan çox şey öyrənə bilərdi:
“O mövzunu görcək onunla necə işləməyi bacarardı. Bu insan bir çoxlarından fərqli olaraq hay-küysüz, sakit şəkildə öz işini görərdi. O heç kəsi təkrarlamazdı, yalnız özünü təkrarlayardı. Hər kəsə anlaşıqlı dildə öz fikirlərini çatdırardı”.
Allah rəhmət eləsin!
1news