Azərbaycan Prezidenti Myanmanın dövlət başçısını təbrik edib
03 yanvar, 2017 17:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjoya təbrik məktubu ünvanlayıb.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, təbrikdə bildirilir:
“Hörmətli cənab Prezident,
Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına sülh və rifah diləyirəm”.
1news.az