2016-cı ildə İraqda 6,8 mindən çox dinc sakin həlak olub
03 yanvar, 2017 14:55
2016-cı ildə İraqda 6878 dinc sakin həlak olub, 12388 insan isə yaralanıb.
1news.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə BMT-nin İraqa yardım üzrə missiyası məlumat yayıb.
Missiya bildirir ki, bu məlumata hələ ölkənin qərbindəki Ənbar vilayətində may, iyul, avqust və dekabr aylarında insanların həlak olması ilə bağlı faktlar daxil edilməyib.
1news.az