Bakıda ər-arvad dəm qazından boğularaq ölüb
03 yanvar, 2017 14:32
Azərbaycanda dəm qazından növbəti ölüm halları baş verib.
1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, yanvarın 1-də Xətai rayonu ərazisində yaşayan Gürcüstan vətəndaşı Leyla Çopurova, Səbail rayonu ərazisində yaşayan Cahangir Mustafayev və həyat yoldaşı Sevinc, Sumqayıt şəhərində yaşayan Zeynəb İsmayılova evlərində dəm qazından zəhərlənərək ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
1news.az