Xəbərlər

Praqa Milli Kitabxanasında Azərbaycana aid 100-dən çox əlyazma saxlanılır
02 yanvar, 2017 19:27

Azərbaycana aid 100-dən artıq əlyazma Praqa Milli Kitabxanasında mühafizə edilir.

Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Bağırov və M.F.Axundzadə adına Milli Kitabxananın Nadir kitablar şöbəsinin müdiri Gülsəidə Abdullayeva Azərbaycanla bağlı olan əlyazma nüsxələrini üzə çıxarmaq məqsədi ilə Çexiyanın Milli Kitabxanasında olublar.

Səfər AMEA-nın və M.F.Axundzadə adına Milli Kitabxananın təşkilatçılığı ilə baş tutub.

Azərbaycanlı alimlərin Praqa Milli Kitabxanasında apardıqları araşdırmalar nəticəsində müəyyən edilib ki, burada Azərbaycan ədəbiyyatı, tarixi və coğrafiyasına aid 100-dən artıq əlyazma mühafizə edilir.

Kitabxanada Nizami, Füzuli, Nəsimi, Şeyx Səfiəddin Ərdəbilli, Nəsrəddin Tusi və başqalarının nəfis və miniatürlərlə bəzədilmiş əlyazmaları saxlanılır. Əlyazmaların elmi-paleoqrafik təsvirləri, həmçinin maraq doğuran rəsm və miniatürlərin fotoşəkilləri, ərəb, fars və türk dillərində olan əlyazmaların kataloqu gələcəkdə çap edilməsi üçün ölkəmizə gətirilib.

APA

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.