Misir Dövlət Şurasının baş katibi intihar edib
02 yanvar, 2017 16:28
Misir Dövlət Şurasının (Ali Məhkəmə) baş katibi Vail Şilbi türmədə özünə intihar edib.
1news.az-ın Al-Ahram-a istinadən verdiyi məlumatına əsasən, V.Şilbi rüşvətxorluqda şübhəli bilinirdi.
Ötən həftə V.Şilbi ilə 2 nəfərin saxlanılması barədə qərar çıxarılmışdı.
Dekabrın 31 isə V.Şilbi tutduğu vəzifədən azad edilmişdi.
1news.az