Çində 2300 il qabaq düzəldilmiş qılınc tapılıb
02 yanvar, 2017 15:06
Çin arxeoloqları Henan bölgəsində yerləşən dəfinələrdən birində yaşı təxminən 2300 il olan qədim qılınc aşkar ediblər.
1news.az-ın Çin KİV-lərinə istinadən verdiyi məlumatına əsasən, qılınc Sinyan şəhərində yerləşən qədim dəfinədə tapılıb.
Videoda göründüyü kimi qılıncın hətta qınıda bu vaxtadək yaxşı halda qalıb.
Tapıntının e.ə. 475-ci ildən eramızın 221-ci ilinədək sürən Döyüşən krallıqlar dönəminə aid olduğu ehtimal edilir.
1news.az