“2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olub. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə də davam edib. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə azalıb. Belə bir vəziyyətdə biz ancaq ciddi”.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib.
Prezident İlham Əliyev deyib: “Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır”.
Bütün çətinliklərə baxmayaraq, ölkədə qeyri-neft sənayesinin 5 faiz, kənd təsərrüfatının isə 2 faizdən çox artdığını qeyd edən dövlətimizin başçısı vurğulayıb ki, bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.
1news.az