İqtisadiyyat Nazirliyi tərəfindən ixrac missiyalarının təşkili 2017-ci ildə də davam etdiriləcək
30 dekabr, 2016 10:45
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ixrac missiyalarının təşkili 2017-ci ildə də davam etdiriləcək.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qarşıdan gələn ilin ilk ixrac missiyalarının yanvarın 23-26-da Almaniyaya, fevralın 5-8-də Əfqanıstana, həmin ayın 8-11-də Pakistana, 11-14-də Qətərə təşkili nəzərdə tutulur.
İxrac missiyalarında müsabiqə əsasında seçiləcək meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, süd və süd məhsulları, ət və ət məhsulları, pambıq, kimya və digər məhsulların istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcəklər.
1news.az