Xəbərlər

Bakıda iki yerüstü piyada keçidi istifadəyə verilib
30 dekabr, 2016 20:20

Paytaxtda daha iki yerüstü piyada keçidi istifadəyə verilib.

1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, piyada keçidləri M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci kilometrində və Bakı şəhəri, Sabunçu rayonu şəhər şosesində inşa olunub.

Keçidlərin istifadəyə verilməsi mərasimində “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəhbərliyi və ictimaiyyəti iştirak ediblər. Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər ikisinin pilləkən hissədən ibarət 2 giriş-çıxışı mövcuddur.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci kilometrində inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44,8 metr, pilləkən hissəsinin uzunluğu 20 metr olmaqla, ümumi uzunluğu 64,8 metr təşkil edir. Sözügedən keçidin tikintisində 65 ton metal, 280 kubmetr beton, 27,4 ton armatur, 60 kvadratmetr qranit və 600 kvadratmetr aqlay istifadə olunub. Layihə çərçivəsində keçidin yanında vətəndaşların rahat şəkildə avtobuslardan istifadə etməsi üçün 2 ədəd dayanacaq tikilib.

Qeyd olunub ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb.

Bakı şəhəri, Sabunçu rayonu şəhər şosesində inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 42,3 metr, pilləkən hissəsinin uzunluğu 32,7 metr olmaqla, ümumi uzunluğu 75 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 2 aşırımlı (orta dayaqlı) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5,5 metrdir.

Müntəzəm sərnişin daşıması ilə məşğul olan avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədilə keçidin yerləşdiyi ərazidə yol hər bir istiqamət üzrə genişləndirilərək əlavə hərəkət zolaqları yaradılıb, yeni piyada səkiləri inşa edilib.

Hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçidlərinin inşası aparılır. Yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.