Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş iki balıqçı xilas edilib
30 dekabr, 2016 19:24
Abşeronda batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Abşeron rayonu Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas ediliblər.
1news.az